...

Azərbaycanla Slovakiya arasında yeni saziş imzalandı (FOTO)

Siyasət Materials 7 İyun 2023 15:56 (UTC +04:00)
Azərbaycanla Slovakiya arasında yeni saziş imzalandı (FOTO)

Bakı. Trend:

Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalanıb.

Trend çərşənbə günü xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlirlərə görə vergidən yayınmanın qarşısının alınması haqqında saziş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ölkəyə səfəri çərçivəsində imzalanıb.

Sənədin iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti