...

Ermənistan müharibədən nəticə çıxarmadı - Separatçılar odla oynayır

Siyasət Materials 28 İyun 2023 13:27 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərinin sülh danışıqları keçirdikləri ərəfədə ermənilərin cəbhədə təxribata əl atması təsadüfi deyil.

Bu barədə Trend-ə hərbi ekspert, ehtiyatda olan zabit Azər Bayramov bildirib.

O qeyd edib ki, erməni separatçıları Rusiya sülhməramlılarının kölgəsində gizlənərək təxribatları davam etdirir.

"Nəzərə almalıyıq ki, Azərbaycanla Ermənistan arasaında sülh sazişinin bağlanmasına maneə yaratmağa çalışan qara qüvvələr var. Ermənistan bu qüvvələrin əlaltısı olub və kənardan gələn tapşırıları yerinə yetirib. Və bunun nəticəsi olaraq da biz Qarabağda müvəqqəti məskunlaşmış Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə təxribatları törədir. Törədilən təxribatlar cavabsız qalmır. Bu gün prioritet məsələ olaraq qalan erməni separatçılarının Qarabağdan çıxarılmasıdır. Belə görünür ki, separatçılar himayədarlarının sayəsində davamlı olaraq təxribatlar törətdikcə Azərbaycan tərəfi mütləq şəkildə cavab tədbirləri görəcək. Hansı ki, 30 il ərzində ermənilərlə danışıqda nəticəni görmədik. Ermənistan tərəfi baş verənlərdən nəticə çıxartmasa bu funksiyanı yerinə yetirmək Azərbaycan Ordusunun üzərinə düşəcək. Azərbaycan Ordusu üçün Qarabağda yerləşən separatçıları zərərsizləşdirmək çox qısa zaman alar. Ancaq Azərbaycan hər zaman olduğu kimi də məslələrə humanist mövqedən yanaşmağa çalışır və bunu beynəlxalq ictimaiyyət də görür", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, dünən saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti