...

Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dəstəkləyirik - Melaneziya Təşəbbüs Qrupunun direktoru

Siyasət Materials 6 İyul 2023 10:27 (UTC +04:00)
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dəstəkləyirik - Melaneziya Təşəbbüs Qrupunun direktoru
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hökümətinə Qoşulmama Hərəkatına sədrliyinə və müstəmələkədən azad olmağa dəstək verdiyinə təşəkkür edirik.

Trend-in məlumatına görə, bu barədə “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı Melaneziya Təşəbbüs Qrupunun siyasi məsələlər üzrə direktoru İlan Kiloe deyib.

“Biz insani inkişafa dəstək olmağa çalışırıq. 2021-ci ildə referendum keçirəcəkdik, llakin bu pandemiya vaxtına təsadüf etdi və virusdan həyatını dəyişənlərə görə referendumu təxirə saldıq. Amma hökümət bizim haqqımızda tək tərəfli qərarlar qəbul etdi. Bizə hüquqi baza təmin edilməlidir”, - deyə o əlavə edib.

O, Yeni Kaledoniyada referendum keçirilmısi barədə qeyd edib ki, 2021-ci ildə bu referendum keçiriləndə onun təmsil etdiyi təşkilat bunun təxirə salınması barədə müraciət etsə də, bu nəzərə alınmadı:

“Bu referendumun keçirilməsi birtərəfli addım idi, beynəlxlaq hüququn pozulması idi və onun güc yolu ilə keçirilməsi nəticələri qeyri-legitim edir”.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir

Xəbər lenti

Xəbər lenti