Bakı. Trend:
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə ermənistanlı həmkarı Vahe Gevorkyan arasında telefon danışığı olub.
Trend xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumatda bildirilir ki, tərəflər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.
Onlar həmçinin tərəflər arasında sülh müqaviləsi layihəsi üzərində işin gedişatı barədə fikir mübadiləsi aparıblar.