...

Prezident İlham Əliyevin ermənilərə ünvanladığı mesajlar mövcud reallıqların dərk edilməsi üçün yetərlidir - Azər Qarayev

Siyasət Materials 2 Avqust 2023 14:45 (UTC +04:00)
Prezident İlham Əliyevin ermənilərə ünvanladığı mesajlar mövcud reallıqların dərk edilməsi üçün yetərlidir - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində İkinci Qarabağ müahirbəsindən sonrakı dönəmdə Azərbaycanın sülh mövqeyini növbəti dəfə açıq şəkildə bəyan etdi.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, ölkə başçısı xarici kanal vasitəsilə ermənilərin tirajlamağa çalışdığı dezinformasiyaların qarşısını böyük ustalıqla aldı və Azərbaycanın sülh təşəbbüskarı və sülhü dəstəklədiyini bütün dünyaya çatdırdı.

"Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər, xüsusilə də ermənilərə ünvanladığı mesajlar istənilən sağlam düşüncəli şəxsin, yaxud toplumun mövcud reallıqları, ən əsası isə həqiqəti dərk etməsi üçün yetərlidir. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi təkcə ölkəmiz üçün deyil, eyni zamanda regionun gələcəyini dəyişən reallıq oldu. Bu gün bütün region üçün sülh və inkişafa doğru əlverişli şərait yaranıb və bu şəraiti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan formalaşdırıb. Prezident İlham Əliyev tərəfindən Ermənistan toplumuna ünvanlanan açıq mesajlar da regionda sülh prosesinə edilmiş ciddi töhfələrdir.

Prezident İlham Əliyevin ermənilərə yönəlmiş mesajları sülh prosesinin daha sürətlə irəli aparılmasına böyük təsir göstərəcək. Müsahibə zamanı ölkə başçısı bir çox məsələlərin mahiyyətini izah etdi. Erməni cəmiyyətinin illərdir necə aldadıldığını, saxta tarix və yenilməz ordu mifi ilə ermənilərin necə saxta ideyalara inandırıldığını açıq şəkildə bəyan etdi", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyev açıq şəkildə Azərbaycanın mövqeyini də vurğuladı.

"Prezidentin Azərbaycanın heç bir ərazi iddiasının olmadığı barədə birmənalı bəyanatı Ermənistanın saxta iddialarını növbəti dəfə puç etdi. Bu bəyanat bir daha göstərir ki, sülh ən yaxın vaxtda imzalana bilər, onu gecikdirən tərəf Azərbaycan deyil və sülh sazişini dəstəkləyən əsas tərəf də Azərbaycandır.

Digər tərəfdən ölkə başçısının Qarabağdakı ermənilərlə bağlı səsləndirdiyi fikirlər də onların gələcək taleyi üçün kifayət qədər kontur rolunu oynamış olacaq. Onlar ilk növbədə dərk etməldirilər ki, saxta liderlərin ambisiyalarına uymaq heç bir uğurlu gələcək vəd etmir. Əgər ermənilər sülh və firavanlıq içində yaşamaq istəyirlərsə, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi istiqamətlər üzrə hərəkət etməlidirlər", - deyə Qarayev fikirlərini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti