...

Afrikalılar hazırda Fransaya qızıl və uranın daşınmasını tamamilə dayandırıblar - Ərdoğan

Siyasət Materials 5 Avqust 2023 09:56 (UTC +04:00)
Afrikalılar hazırda Fransaya qızıl və uranın daşınmasını tamamilə dayandırıblar - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Afrikalılar hazırda Fransaya qızıl və uranın daşınmasını tamamilə dayandırıblar.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Fransanın keçmişdə Əlcəzairdə, Ruanda da, Malidə etdikləri bütün dünya qeydlərində var.

"Bu Fransanın ilk işi deyil. Afrikalılar bunu çox yaxşı bilirlər. Onlar hazırda Fransaya qızıl və uranın daşınmasını tamamilə dayandırıblar. Bu, illərlə edilən zülmün qarşılığıdır. Onlarla müsbət münasibətlərimizi qorumağa çalışırıq", - deyə R.T.Ərdoğan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti