...

Ermənilərin alternativ yoldan imtinasının arxasında duran SƏBƏB - Əvvəldən hazırlanmış təxribat planı (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 11 Avqust 2023 19:00 (UTC +04:00)
Ermənilərin alternativ yoldan imtinasının arxasında duran SƏBƏB - Əvvəldən hazırlanmış təxribat planı (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ermənilərin Laçın sərhəd keçid məntəqəsində siyasi şousu davam etməkdədir.

Azərbaycan Xankəndinə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etsə də, ermənilər israrla Laçın yolundan istifadə etməyə cəhd edir. Əslində ermənilərin məqsədi humanitar yüklərin daşınması deyil, siyasi şou yaratmaqdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Ermənistan uzun müddət idi bu prosesə hazırlaşırdı.

“Ermənistan davamlı olaraq Qərb mediasında təbliğat aparırdı ki, guya, Qarabağda yaşayan ermənilər humanitar fəlakət yaşayır. Əlbəttə ki, burada Ermənistanın məqsədli şəkildə təxribatından söhbət gedir. Bu prosesdə təkcə Ermənistan deyil, Qərb də fəal şəkildə iştirak edir və biz Azərbaycana qarşı təxribatların davam etdiyini görürük”, - deyə o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti