...

Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edildi

Siyasət Materials 1 Sentyabr 2023 19:18 (UTC +04:00)

Bakı. Trend:

Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə ediib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti