...

Prezident İlham Əliyev: Razılaşdırmadan “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır

Siyasət Materials 6 Sentyabr 2023 18:02 (UTC +04:00)
Prezident İlham Əliyev: Razılaşdırmadan “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır

Bakı. Trend:

Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti