...

ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır - Dövlət Departamenti

Siyasət Materials 11 Sentyabr 2023 21:49 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.

Trend-in bazar ertəsi verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

“Əvvəllər dediyimiz kimi, biz Qarabağı “müstəqil” və “suveren dövlət” kimi tanımırıq və buna görə də son bir neçə gündə elan edilmiş qondarma “prezident seçkiləri”nin “nəticələrini” tanımırıq”, - deyə o bildirib.

Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti