...

Prezident İlham Əliyevin bu görüşdə iştirakı xalqlarımızın dostluq və anlayış bağlarını möhkəmləndirmə səylərindən xəbər verir - Tokayev

Siyasət Materials 14 Sentyabr 2023 14:44 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı xalqlarımızın dostluq və anlayış bağlarını hərtərəfli möhkəmləndirmək üzrə həqiqi səylərindən xəbər verir.

Trend xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışında deyib.

"Fəxri qonağımız olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ayrıca salamlamaq istərdim. Qardaş Azərbaycanın liderinin iştirakı xalqlarımızın çoxəsrlik dostluq və anlayış bağlarını hərtərəfli möhkəmləndirmək üzrə həqiqi səylərindən qətiyyətlə xəbər verir.

Əminəm ki, bugünkü sammit, həqiqətən, əlamətdar olacaq və çoxplanlı əməkdaşlığımızın gələcək taleyini müəyyən edəcək", - Qazaxıstan prezidenti deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti