...

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır

Siyasət Materials 20 Sentyabr 2023 17:34 (UTC +04:00)
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bir daha təkrar edirik ki, Azərbaycanın məqsədi Qarabağın erməni sakinlərinin sülh şəklində inteqrasiyasıdır və biz Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarıyıq.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

“Amma müstəqil Azərbaycan ərazisində 10 minlik bir hərbi qüvvənin olması qəbuledilməz idi”, - Prezidentin köməkçisi vurğulayıb.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti