...

Nə separatçıları xilas edə bildilər, nə də özlərini... - İslama qərib QƏRB

Siyasət Materials 23 Sentyabr 2023 15:45 (UTC +04:00)
Nə separatçıları xilas edə bildilər, nə də özlərini... - İslama qərib QƏRB
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda erməni separatçılarına qarşı cəmi 23 saat 43 dəqiqəlik lokal xarakterli antiterror tədbirləri kifayət etdi ki, ağ bayraq qaldırıb Azərbaycanın mərkəzi hakimiyyətinin şərtlərini qəbul etsinlər. Yevlax görüşündə Qarabağın erməni əhalisinin nümayəndələri ilə mərkəzi hakimiyyət nümayəndəsi arasında görüşün keçirildiyi otaqda yalnız Azərbaycanın üçrəngli bayrağının olması isə, separatizmlə bağlı bütün Ermənistan və Qərb "nağlllarının" bölgəmizdə bitdiyinə bir işarə idi.

Lakin təəssüflər olsun ki, bu gün separatizmi dəstəkləyən beyin və güc mərkəzləri arasında dünyanın aparıcı dövlətlərinin adlarına rast gəlinir. Özgə vaxtı dünyaya insan haqlarından, beynəlxalq hüquqdan dəm vuran bu qüvvələr nədənsə mövzu Azərbaycan-Qarabağ olanda, tamamilə fərqli fikirlərə düşürlər. Yox, əlbəttə ki, "nədənsə"nin açıqlaması da hər birimizə gün kimi aydındır. Reallığı görmək və anlamaq istəməyən bu beynəlxalq təşkilatlar və dövlət başçıları 44 günlük müharibə və ondan sonrakı müddətdə olduğu kimi Azərbaycanın Qarabağ iqtisadi rayonunda başlatdığı lokal antiterror əməliyyatlarına mane olub, separatçıları qorumağa çalışmaq istəklərini bu dəfə də gizlətmədilər.

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı təcili toplantının çağırılması, dinləmələr keçirilməsi də məhz ermənipərəst qüvvələrin anti-Azərbaycan siyasətinin növbəti təzahürü idi. O da gün kimi aydındır ki, bu təşəbbüs yenə BMT Təhlükəsizlik Şurasının daimi üzvü Fransadan gəlib. Azərbaycanın anti-terror əməliyyatının uğurlu nəticəsi və Yevlaxda erməni icmasının nümayəndələriylə ilk görüş Fransanın anti-Azərbaycan planlarını pozduğu kimi, elə TŞ-nin də toplantısının fiasko ilə nəticələnməsinə gətirib çıxardı. Çünki Fransa nümayəndəsinin Nyu-Yorkda Azərbaycana qarşı “Laçın dəhlizi”, “etnik təmizləmə”, “ermənilərin sosial problemləri” kimi iddialarına tutarlı cavab verildi, əsassız iddiaları beynəlxalq ictimaiyyət qarşısında növbəti dəfə faktlarla sübuta yetirildi.

Əslində BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı qətnamənin qəbulu perspektivinin olmadığı görünürdü. Gözləntilər özünü doğrultdu. Bununla da Fransalı Qərbin Azərbaycanın Qarabağ bölgəsində dövlət siyasətinə çevirdikləri separatizm planları suya düşdü.

Erməni radikallar və onlara dəstək verən xarici mərkəzlər Yevlaxda razılaşmanın əldə edilməsini və onun yerinə yetirilməsini əngəlləməyə çalışsalar da Bakı istəyinə nail oldu. Artıq bölgədə Ermənistan silahlı birləşmələrinin silahlarını təhvil verməsi prosesi başlayıb. Lakin Qarabağda atəş səslərinin hələ də eşidilməsi və Rusiya hərbi kontingentinə Ermənistan silahlı birləşmələri tərəfindən açılan atəş vəziyyəti qəlizləşdirmək üçün xarici mərkəzlərin tapşırığından başqa bir şey deyil.

Məqsədləri hər kəsə bəllidir. Beləcə vaxt qazanmağa çalışırlar ki, bu müddətdə Azərbaycana beynəlxalq təzyiq artsın, BMT və digər strukturlar Azərbaycana qarşı yeni müzakirələr başlatsınlar. Çünki ağ bayraq qaldırdıqdan sonra kapitulyasiya erməni radikallarla, onlara dəstək verən mərkəzlərin Azərbaycana qarşı təzyiq planlarına tamamilə ziddir. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır.

Çünki bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam etmiş hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinib. Bu azmış kimi 2020-ci il müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində fəaliyyətini bu zamana kimi də təqdir etməyib. Bunun bir adı var: Separatizmi, işğalı dəstəkləmək!

Müasir dövrdə özlərini demokratiya, ədalət və vicdan azadlığının keşikçisi rolunda təqdim etməyə çalışan qüvvələr vaxtilə qul alveri, işğalçılıq siyasəti yürütməklə islamofobiyanı dövlət səviyyəsinə qaldırdı. İndi sə ən yaxşı bacardıqları - işğalçılığa dəstəyini müxtəlif formalarda nümayiş etdirir. Məsələn, orta əsrlərdə yoxsul afrikalılar "yaşıl qitə"yə necə gedə bilərdilər? Elə asiyalı müsəlmanlar da oxşar hadisə və Qərbin işğalı nəticəsində öz yurdlarından didərgin düşdü. Başqa sözlə, İslam dininə inananlar həmin torpaqlara məcburi miqrasiya ediblər. Heç şübhəsiz, ərəblərin istilası, Osmanlının yürüşləri nəticəsində də mühacirətlər baş verib.

Bir vaxtlar bu cür işğal siyasətləri ilə faktiki olaraq "Səlib yürüşü" tapşırığını icra edən dövlətlərin bu gün erməni separatçılarının halına acımzası, onları dəstəkləməsi, bölgədə qondarma rejimin mövcudluğunu hər nə yolla olur-olsun qoruyub saxlamaq üçün atdıqları addımlar əslində təəccübləndirmir. Gürcüstan, Ukrayna, Moldova kimi "işğal" nümunələri bütün dünyaya bəllidir. Lakin kollektiv Qərbdən biz anoloji addımı, qərarları heç zaman özümüzə qarşı görmədik. Əksinə işğal 30 ildən çox çəkdi, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandıranlar müxtəlif yollarla Azərbaycan ərazisində ikinci bir qondarma "respublikanın" ayaradılması, ona legitimlik qazandırılması üçün separatçılara və Ermənistan hakimiyyətinə o illər ərzində vaxt qazandırmaqla məşğul oldu.

Bütün bu paralellər əslində adı çəkilən beynəlxalq Qərb təhsisatlarının, dövlət və siyasət adamlarının məkirli planlarının əsl məğzini açıq şəkildə ortaya qoyur: İslamı, müsəlmanı mümkün qədər yox etmək, bu dinin nümayəndələrini, ölkələri dünyadan təcrid etmək.

Amma R.T.Ərdoğan demişən, denya 5-dən böyükdür və artıq dünyanın qlobal siyasi mənzərəsində ciddi dəyişikliklər qaçılmazdır. Bunu son 3 ildə baş verən qlobal siyasi proseslər də təsdiq edir. Artıq bütün dünya kimin kim olduğunu görür, anlayır.

Rəsmi Bakı bu gün faktiki olaraq Qərbi Cənubi Qafqaz regionunda yenidən ofsayd vəziyyətinə salmaqla oyunlarına bu regionu alət etməməyi başa saldı. Fransanın rəhbərlik etdiyi Avropa İttifaqı regional məsələlərdə iştirakını diplomatik müstəvidən bilavasitə “yerdə” iştiraka çevirərək prosesin tərkib hissəsi olmağa çalışaraq separatçılarla bağlı planlarının həyata keçməsi məsələni daha da reallığa çevirməyə çalışsa da, Azərbaycan yenə sürətli siyasi və hərbi gedişləri ilə vəziyyəti əlində bərk-bərk qoruyub saxladı.

İnandırıcı deyil ki, Avropa İttifaqı bundan sonra Azərbaycanı regional təhlükəszilik məsələlərində səmimiliyinə inandırsın. Çünki Bakı Aİ-yə bölgədəki nizamlanma prosesində daha yaxından iştirak etmək imkanı yaradan kimi onların erməni mərkəzli yanaşmaları ortaya çıxdı. Bununla da Qərbin bölgə siyasətindəki uğursuzluğu qaçılmaza çevrilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti