Bakı. Trend:
Ötən gün Avropa Parlamenti ölkəmizə qarşı qərəz üzərində qurulmuş qətnamə qəbul edib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın antiterror tədbirlərini, münaqişənin başa çatmasını həzm edə bilmirlər.
Spiker bildirib ki, Avropa Parlamentinin bu qətnaməsi göstərir ki, AP ikili standartlardan əl çəkə bilmir.
S.Qafarova bildirib ki, Fransa və digər ölkələr, təşkilatlar Azərbaycanın uğurlarını həzm etməyən qüvvələrin bütün cəhdləri əbəsdir. “Haqq və ədalət hər zaman Azərbaycanın tərəfindədir. Ölkəmiz güclü dövlətdir.
İşğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlib. Qarabağ bölgəsində erməni sakinlərin reinteqrasiyası üçün dövlətimizin həyata keçirdiyi tədbirlərin görməzliyə vurulması Avropa Parlamentini ikili standartlardan əl çəkmədiyini göstərir.
Sözügedən sənəd əsasən fransalı deputatların təşəbbüsü ilə hazırlanaraq müzakirəyə çıxarılmışdı. Bu da təsadüfü deyil. Çünki Fransa bütün dəyərləri bir kənara qoyaraq təcavüzkar Ermənistanın yanında yer alır”, - deyə S.Qafarova əlavə edib.