...

BMT missiyası növbəti dəfə Qarabağa gəlib (FOTO)

Siyasət Materials 9 Oktyabr 2023 10:40 (UTC +04:00)
BMT missiyası növbəti dəfə Qarabağa gəlib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT missiyası növbəti dəfə Qarabağa gəlib.

Trend xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Xatırladaq ki, BMT missiyası daha öncə oktaybrn 1-də Qarabağa gəlib. Sözügedən missiya Azərbaycan tərəfindən Xankəndidə erməni əsilli mülki şəxslərə qarşı zorakılıq faktı aşkar etməyib.

Bundan əlavə, missiyanın Ağdamdan keçərkən Ermənistanın işğalı dövründə həmin şəhərin dağıdılmasını və Azərbaycan hökuməti tərəfindən minalardan təmizləmə, eləcə də yenidənqurma işlərinə ehtiyac olduğunu qeyd etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti