Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisidə V Beynəlxalq İpək Yolu Forumu keçiriləcək.
Trend forumun rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq tədbir oktyabrın 26-27-də baş tutacaq.
Məlumata əsasən, forumda Azərbaycanın baş naziri Əli Əsədov da itirak edəcək. Ə.Əsədovun tədbirin ilk günü çıxışı planlaşdırılıb.
Bundan başqa, Ermənistan baş naziri Nikol Paşinyan da foruma qatılacaq. Onun da forumun ilk günü çıxış edəcəyi gözlənilir.