...

Uzun illər ərzində Azərbaycan və Almaniya arasında bir çox sahədə əlaqələr uğurla inkişaf edir - Ceyhun Bayramov

Siyasət Materials 4 Noyabr 2023 20:23 (UTC +04:00)
Uzun illər ərzində Azərbaycan və Almaniya arasında bir çox sahədə əlaqələr uğurla inkişaf edir - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Uzun illər ərzində Azərbaycan və Almaniya arasında bir çox sahədə əlaqələr uğurla inkişaf edir.

Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı çıxışında deyib.

"Azərbaycanda 200-dən artıq Almaniya şirkəti fəaliyyət göstərir. Almaniya şirkətləri Azərbayacana 810 milyon dollar, Azərbaycan isə Almaniyaya 550 milyon dollar investisiya qoyub. Əməkdaşlığımızın çox böyük potensialı mövcuddur",- deyə nazir əlavə edib.

Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti