...

Azərbaycan təhlükəsizliyinə təhdidi aradan götürərək bölgənin inkişafına şərait yaradıb - XİN

Siyasət Materials 4 Noyabr 2023 20:57 (UTC +04:00)
Azərbaycan təhlükəsizliyinə təhdidi aradan götürərək bölgənin inkişafına şərait yaradıb - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya gördü ki, məsuliyyətli dövlət ərazi bütövlüyünü bərpa edəndə şəffaf məlumatları beynəlxalq ictimayyətə təqdim edir.

Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı çıxışında deyib.

Nazir bildirib ki, Azərbaycan təhlükəsizliyinə təhdidi aradan götürərək bölgənin inkişafına şərait yaradıb.

“Yerli erməni əhalinin kütləvi oranı tərk etməsinin səbəbi separatçı rejimin dırnaqarası liderlərinin fəaliyyəti olduğu nəzərə çatdırılıb. Xalqlar arasında irqçilik aşılayan bu insanlar fəaliyətlərini antirettor tədbirlərindən sonra da davam etiriblər, Azərbaycanın təqdim etdiyi reinteqrasiya tədbirlərini yerli ictimaiyətə açıqlamayıb.

Ermənistanın da bu məsələdə böyük məsuliyyəti var. Qarabağda qalmaq istəyən insanların Ermənistanda təzyiq hədəfi seçilməsi də göz önündə idi”,- deyə nazir qeyd edib.

Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti