...

ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub

Siyasət Materials 9 Noyabr 2023 06:03 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Senatı Mark Libbinin Azərbaycan Respublikasında səfir vəzifəsinə namizədliyini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Senatın Mətbuat Qaleriyasında xəbər verilib.

Məlumata əsasən, Mark Libbinin namizədliyi səsvermə yolu ilə təsdiqlənib.

Qeyd edək ki, mayın 25-də ABŞ prezidenti Co Bayden Azərbaycana yeni səfirinin namizədliyini irəli sürüb.

O, 2021-ci ilin iyununadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti