Bakı. Trend:
Qərbin Azərbaycana qarşı mövqeyi geosiyasi maraqlarından qaynaqlanır.
Bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.
O qeyd edib ki, Qərb Cənubi Qafqazda möhkəmlənmək istəyir.
"Həmin dövlətlər Rusiyanın Ukrayna ilə müharibəyə başı qarışmasını bir fürsət görürlər. Qərb Azərbaycanı yanında görmək istəyir. Ancaq ölkəmiz balanslı siyasət yürüdür. Ölkədəki sabitliyin əsas təməli balanslı siyəsətdir. Rəsmi Bakı Cənubi Qafqazda sülh olmasını istəyir. Bu da Qərbdə qıcıq doğurur. Çünki Azərbaycanın antiterror əməliyyatları onların planlarını pozdu”, - deyə o bildirib.
Geniş videomüsahibəni təqdim edirik: