Bakı. Trend:
Azərbaycanda əmək bazarında keyfiyyət dəyişiklikləri müşahidə edilir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Komitə sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, bu ilin son doqquz ayında yaradılan iş yerlərinin təxminən 93,4%-i özəl sektorun payına düşüb.
“2023-cü ilin birinci yarısında yeni yaradılan fərdi sahibkarların sayı bütövlükdə 2022-ci ildə yaradılan fərdi sahibkarların ümumi sayının 81%-ni keçib. Bu, o deməkdir ki, ölkədə həm də fərdi sahibkarların daha çox yaradılması ilə bağlı stimulun olması bu istiqamətdə də keyfiyyət dəyişikliyinə gətirib çıxarıb”, - deyə komitə sədri əlavə edib.