...

Cənubi Qafqazda sülhdən hər kəs faydalana bilər - Leo Dokerti

Siyasət Materials 22 Noyabr 2023 17:00 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Cənubi Qafqazda davamlı sülhü dəstəkləyir və hər kəs bundan faydalana bilər.

Trend xəbər verir ki, bu barədə Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokerti “X” sosial media hesabında yazıb.

"Yenidən Bakıda olmağa şadam. Azərbaycan Prezidenti İlham Əliyevlə regional təhlükəsizlik məsələlərini müzakirə etmək imkanım oldu. Böyük Britaniya Cənubi Qafqazda davamlı sülhü dəstəkləyir və hər kəs bundan faydalana bilər", - deyə o bildirib.

Qeyd edək ki, 22 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokertinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti