...

Macarıstanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib (YENİLƏNİB)

Siyasət Materials 23 Noyabr 2023 18:11 (UTC +04:00)
Macarıstanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib (YENİLƏNİB)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

xxx

15:00

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana işgüzar səfərə gəlir.

Trend xəbər verir ki, bu barədə Baş nazirin ofisindən bildirilib.

Qeyd olunub ki, o, İsveçrəyə səfərindən sonra noyabrın 24-də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb.

Qeyd edək ki, Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyyarto da Azərbaycana səfərə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti