...

Ermənistan XİN-nin bəyanatı: Taktiki gediş yoxsa çarəsizlik? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 23 Noyabr 2023 21:12 (UTC +04:00)
Ermənistan XİN-nin bəyanatı: Taktiki gediş yoxsa çarəsizlik? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq Azərbaycanla sərhəddə demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib. Azərbaycan uzun müddətdir bu təkliflə çıxış edir, lakin Ermənistan tərəfi prosesi ləngitməklə məşğuldur. Bu baxımdan Ermənistan Xarici İşlər Nazirliyi bu cür bəyanat verməklə özünə haqq qazandırmaq məqsədi daşıyır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Ermənistan artıq Azərbaycan tərəfdən verilən təkliflərə uzun müddət ləngimə ilə cavab verməyi özü üçün bir ənənəyə çevirib.

“Azərbaycanın birinci təkliflər paketinə isə iki ay yarımdan sonra cavab verib, Xarici İşlər Nazirliyinin bəyanatına isə tez. Bu taktiki gediş, yoxsa gələcək fəaliyyətinin bir hissəsi olmasını gələcək göstərəcək”, - deyə A.Mirzəzadə əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti