...

Mayası qərəzdən, xəyanətdən yoğrulan Əli Kərimovun avtoritar idarəçiliyi AXCP-nin sonunu yaxınlaşdırır - Vüqar Rəhimzadə

Siyasət Materials 26 Noyabr 2023 19:41 (UTC +04:00)
Mayası qərəzdən, xəyanətdən yoğrulan Əli Kərimovun avtoritar idarəçiliyi AXCP-nin sonunu yaxınlaşdırır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Son günlərdə despot sədrin partiyanın daxilində yaratdığı demokratiyadan uzaq şəraitə, intriqalara qarşı etiraz dalğasının genişlənməsi bunu bir daha sübut edir.

Azərbaycanın tarixi Zəfəri ilə son 3 ildə yaratdığı reallıqların beynəlxalq arenada qəbul edilməsi istiqamətində atılan mühüm addımlar artıq uğurlu nəticələrini verməkdədir. Ermənistanın 30 il davam edən işğalından qurtulan torpaqlarımızda bərpa-quruculuq işlərinin miqyası günbəgün genişlənir, soydaşlarımızın azad Qarabağa və Şərqi Zəngəzura qayıdış ünvanlarının sıralanması artır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev atdığı müdrik addımlarla bəyan etdiyi “Nəyi, necə və nə vaxt etmək lazımdır mən bilirəm” prinsipini bir daha təsdiqləyir və sivil dünyaya sözün əsl mənasında tarix, hüquq dərsini keçir.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra düşünürdük ki, işğalçı Ermənistan aldığı dərsdən nəticə çıxarıb torpaqlarımızdan silahlı birləşmələrini tam şəkildə çıxaracaq. Amma hadisələrin gedişi bunun əksini göstərdi. Məkrli düşmən darmadağın edilmiş ordusunun tör-töküntüsünü nəinki Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisindən çıxarmadı, əksinə hər fürsətdə onu silahlandırmaq yolunu tutdu. Nəticədə Azərbaycan Ordusunun bu il sentyabrın 19-da başladığı bir günlük lokal antiterror tədbirləri artıq rəsmi Bakının yağı düşmənin gündən-günə genişlənən təxribatlarına dözüm limitinin tükəndiyini təsdiqlədi. Üç ilə yaxın müddətdə Ermənistanın qeyd edilən istiqamətdə heç bir addım atmaması, əksinə təxribatlar törədərək sülh müqaviləsinin imzlanması prosesinin uzanmasına çalışması diqqətdən kənarda qalmadı.

Bunları təkrarən yada salmağımız səbəbsiz deyil. Məsələ burasındadır ki, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə siyasi partiyaların Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə dəstəklərini özündə ehtiva edən bəyanatlarına diqqət yetirsək daim bu prosesdən kənarda qalan, hər zaman dövlətə, dövlətçiliyə və millətə qarşı xəyanətkar mövqe ortaya qoyan AXCP-ni, eyni zamanda, yarandığı gündən anti-Azərbaycan qüvvələrin layihəsi olduğunu atdığı addımları ilə təsdiqləyən qondarma “Milli Şura”da təmsil olunan şəxslərin antimilli, xəyanətkar əməllərini görmüş olarıq. Mayası qərəzdən, xəyanətdən, qul psixologiyasından yoğrulan bir partiyanın, yəni AXCP-nin ölkənin qazandığı uğurlara sevinməsinın heç bir zaman şahidi olmadıq. Ən əsası bu gün AXCP-də mövcud olan avtoritar idarəcilik üsuluna diqqət yetirdikdə 20 ildən çoxdur ki, bu siyasi qurumun başında duran və artıq marginallaşmış sədr Əli Kərimov şəxsi ambisiyaları naminə rəhbərlik etdiyi partiyanın maraqlarını belə tapdalayıb keçmək üçün hər cür alçaq vasitələrə əl atmaqdan çəkinmədyi açıq-aşkar nəzərə çarpır. Təbii ki, əqidəsini, vicdanını xarici anti-Azərbaycan dairələrdən aldıqları qrantlara satan bu ünsürlərdən ölkənin xeyrinə hansısa addım atacaqlarını gözləmək belə sadəlövhlük olar. Hazırda AXCP-nin daxilində baş verən qarşıdurmalar, yaranan yarpaq tökümü özündə bununla bağlı bütün məqamları ehtiva edir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Əli Kərimov hər zaman gəncləri Vətənə xəyanət ruhunda tərbiyə etmək yolunu tutduğu, ölkənin uğurlarına qara eynəkdən baxdığı üçün həm partiya, həm də müxalif düşərgənin daxilində qınaqla üz-üzə olub. Hazırkı dövrün reallıqlarına nəzər salsaq bunu bir daha görə bilərik . Məlum olduğu kimi, 30 illik işğal dövründə Ermənistana dəstək funksiyasını yerinə yetirərək münaqişənin həlli prosesinin uzanmasına, işğalçı ölkədə bu torpaqların onlara məxsusluğu barədə ümid yaradan bəzi dünya gücləri son vaxtlar ölkəmizə qarşı qərəzli təbliğatlarının əhatə dairəsini gündən-günə genişləndirirlər. Bu gün ABŞ-ın, Fransanın Ermənistana dəstəyindən daha da ruhlanan AXCP sədri Əli Kərimov, qondarma “Milli Şura”nın marionet rəhbəri Cəmil Həsənli, eyni zamanda, dağıdıcı müxalifət düşərgəsinin öndə gedənləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı kimi milli satqınlar xarici himayədarlarından aldıqları qrantların qarşılığında onlara dəstəkləri sayəsində ictimai qınaqla üz-üzə qalıblar. Bu ünsürlər belə ikrah doğuran əməlləri, Azərbaycanın milli maraqlarını şəxsi ambisiyalarına qurban vermələri ilə özlərinə qarşı nifrəti birə on qat artırırlar. Bu üzdəniraqlar torpaqlarımızın işgalının səbəbkarları olduqlarını unutmaqla bir daha nə dərəcədə simasız, vicdansız olduqlarını nümayiş etdirirlər. Azərbaycanda hər kəs vaxtilə torpaqlarımızı kimlərin satdıqlarını, üç il bundan əvvəl Qarabağı və Şərqi Zəngəzuru kimin azad etdiyini çox yaxşı bilir. Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində ermənilərlə işbirliyinə gedib Qarabağı onlara satan əli kərimovlardan bu gün təbii ki, Vətən, xalq naminə hansısa bir əməli fəaliyyət gözləmək mümkün deyil. Onlar yalnız xəyanət və satmaq sahəsində peşəkardırlar. Bu gün Əli Kərimovun başı xarici ağalarına dəstək verməyə və onun qarşılığında aldığı qrantlara qarışdığından həmişə olduğu kimi, rəhbərlik etdiyi partiyanın daxilində baş verənlərin fərqində deyil.

YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb ki, AXCP-də baş verən yarpaq tökümünün növbəti iştirakçıları partiyanın Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü Seymur Əhmədzadə, həmçinin partiyanın üzvü Pərvin Hüseynlidir. Onlar istefalarının səbəbi kimi Əli Kərimovun avtoritar idarəçiliyini göstərirlər. O da vurğulanır ki, sonuncu “qurultay” şousunun nəticələrinə etiraz edən şəxslər partiya sıralarını davamlı şəkildə tərk etməyə başlayıblar. Partiya daxilindən sızdırılan və sosial şəbəkələrdə yayılan məlumatlara əsasən proses davamlı xarakter daşıyacaq. Bu isə “Siyasi partiyalar haqqında” yeni Qanuna əsasən siyasi partiyaların reyestrindən keçmək üçün Əli Kərimovun verdiyi siyahıdakı 5004 nəfərin azalaraq 5 mindən aşağı düşəcəyi barədə əsaslı fikirlərin səsləndirilməsini şərtləndirir. Göründüyü kimi, AXCP-nin siyasi meydandan uzaqlaşmaqda olan yolu daha da yaxınlaşır. Partiya funksionerləri də açıqlamalarında AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyə qarşı Əli Kərimovun xəyanətlərindən, şəxsi ambisiyaları naminə ikili oyunlarından geniş bəhs edirlər. Təbii ki, bir vaxtlar sədrinə xəyanət yolu tutub o zaman Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərlə birgə AXCP-nin parçalanmasına, müxtəlif adlarda fəaliyyət göstərməsinə səbəb olan Əli Kərimovdan istənilən addımı gözləmək olar.

Vüqar Rəhimzadə qeyd edib ki, partiyadan istefa verənlərin Əli Kərimovun tapşırığı əsasında sosial şəbəkələrdə təhqir olunması onun cılızlığının təqdimatıdır. Vaxtilə bu partiyada təmsil olunan şəxslərin ardıcıl şəkildə istefa vermələri Əli Kərimovun yaratdığı dözülməz mühitin göstəricisidir. Əli Kərimovun AXCP-də yaratdığı diktatura rejiminə əsaslanan idarəetmə üsulu partiya üzvləri tərəfindən ifşa edilir. Ə.Kərimovun bu istefalara yol açan addımlarından biri də xarici ağalarından aldığı qrantlara tək sahib olmaq istəyidir. İstefa verənlərin açıqlamalarında bu məqamlar da xüsusi yer alır ki, AXCP sədri partiya üzvlərindən dövlətə qarşı yalan, şər-böhtan kampaniyası aparmağı tələb edir. Buna riayət etməyənlər isə təzyiqlə üzləşir və sonda partiyadan istefa verirlər. İllərdir AXCP daxilində yaratdığı demokratiyadan uzaq şəraitə qarşı etiraz dalğasının genişlənməsinə baxmayaraq Əli Kərimovun bundan nəticə çıxarmaq əvəzinə partiyanı tərk edənlərin ünvanına şər-böhtan yağdırması, yaşananlarda onları günahlandırması artıq bu şəxsləri keçmiş sədrləri haqqında etik qaydalara sığmayan hansısa bir ifadəni səsləndirməyə vadar edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti