...

Torpaqlarımızda separatizmin kökü tamamilə və əbədi kəsildi - Əli Əsədov

Siyasət Materials 5 Dekabr 2023 11:44 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan müstəqilliyini ikinci dəfə qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycan misli görünməmiş inkişafa və tərəqqiyə nail oldu.

Trend-in məlumatına görə, bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Ə.Əsədov qeyd edib ki, bu il Prezident İlham Əliyevin prezident seçilməsinin 20 illiyini qeyd edirik.

“Cənab Prezident Ulu öndərin strateji inkişaf xəttini ardıcıllıqla və uğurla davam etdirərək müasir və inkişaf etmiş Azərbaycan modelini yaratdı. Bu siyasət bütün sahələrdə sürətli inkişafa nail olunması, Azərbaycanın siyasi və iqtisadi imkanlarının genişləndirilməsi, güclü ordunun yaradılması, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsidir, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələndi.

Bir günlük antiterror tədbirləri torpaqlarımızda separatizmin kökü tamamilə və əbədi kəsilməsi ilə nəticələndi”, - deyə Baş nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti