...

Cənubi Qafqazda sülhün bərqərar olması tarixi imkanlar açacaq - Ceyms O’Brayen

Siyasət Materials 6 Dekabr 2023 17:29 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Prezident İlham Əliyevlə ilk konstruktiv söhbət apardıq.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen "X" sosial media hesabında qeyd edib.

"Regionda davamlı, ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq",- deyə o, paylaşımında bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayeni qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti