...

Zəfər paradı Azərbaycan tarixinə unudulmaz bir gün kimi daxil oldu - Afət Həsənova

Siyasət Materials 7 Dekabr 2023 13:27 (UTC +04:00)
Zəfər paradı Azərbaycan tarixinə unudulmaz bir gün kimi daxil oldu - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci ilin 10 dekabrı Azərbaycan tarixinə unudulmaz bir gün kimi daxil oldu. Həmin gün Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında möhtəşəm Zəfər paradı baş tutdu. Bu parad hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan bütün soydaşlarımız üçün sevincli və qürurlu, tarixi baxımdan böyük əhəmiyyətə malik bir hadisə idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, bu parad həm də böyük mənəvi əhəmiyyət daşıyırdı.

“Ermənilərin iki əsr boynca xalqımıza qarşı törətdiyi soyqırımı, işğalçılıq siyasətinə son qoyulması və xalqımızın qalib xalqa çevrilməsini tərənnüm edirdi. Azərbaycan xalqı bu paradı böyük sevinclə qarşıladı. Tariximizin ən şanlı səhifəsinin - Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izlədi. Bu paradı xüsusilə fərqləndirən amillərdən biri də odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birlikdə paradı izləyirdi.

Azərbaycan və Türkiyə hər zaman həm çətin, həm də xoş gündə bir-birilərinin yanında olub və ənənə parad zamanı da qorunub saxlanıldı. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında da Türkiyə Prezidenti iştirak etdi.

Türkiyə müharibənin ilk günündən Azərbaycanın yanında olub, bizə böyük mənəvi və siyasi dəstək göstərib. Vətən müharibəsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qardaşlığımızın sarsılmazlığını ifadə edir.

Çətin gündə yanımızda olduğu kimi, cənab Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da iştirak etməklə bir daha xoş gündə də Türkiyənin Azərbaycanın yanında olduğunu nümayiş etdirdi”, - deyə A.Həsənova bildirib.

O vurğulayıb ki, müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.

“Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşdi.

Bununla da tarixi Azərbaycan torpaqlarında yenidən şanlı Azərbaycan bayrağı dalğalandı. Bu, sadəcə hərbi əməliyyat deyildi, bu, Azərbaycan xalqının arzusunu reallaşdırmaq, iradəsini həyata keçirmək, xalqın 30 illik həsrətinə son qoymaq, Azərbaycanımızı bütövləşdirmək, pozulmuş ədaləti bərpa etmək və daha çox amallar uğrunda olan bir savaş idi və xalqımız bu savaşdan alnıaçıq, üzüağ, qalib xalq kimi çıxdı, xalqımızın nə qədər möhkəm, həmrəy və birlik olduğunu dünyaya göstərdi”, - deyə A.Həsənova qeyd edb.

Deputat bildirib ki, torpaqlarımızın işğalına son qoymaq, Zəfər paradı keçirmək xalqımızın çoxdankı arzusu idi:

“Bu arzu bu gün gerçək oldu, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu xalqımızın bu arzusunu gerçəyə çevirdi, xalqımız bu xoş, qürurlu günü gördü. Bu paradı bütün dünyada yaşayan soydaşlarımız, Azərbaycanın dostları böyük qürurla, düşmənimiz isə məyusluqla izlədi. Paradda düşmənin məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının nümayişi isə onun acı məğlubiyyətinin göstəricisi idi. Bu gün Azərbaycanın bütün guşlələrində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır, azad edilmiş ərazilərdə böyük bərpa və quruculuq işləri aparılır və soydaşlarımız öz doğma torpaqlarına geri dönürlər”, – deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti