...

Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin qərargah danışıqları keçirildi

Siyasət Materials 8 Dekabr 2023 11:00 (UTC +04:00)
Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin qərargah danışıqları keçirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 14-cü Qərargah danışıqları keçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ankara şəhərində keçirilən görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Qərargah danışıqları zamanı hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, həmçinin, müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Plana uyğun olaraq Azərbaycan nümayəndə heyəti Türkiyə HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib.

Xəbər lenti

Xəbər lenti