...

Prezident İlham Əliyev və Vladimir Putinin dost münasibətləri strateji tərəfdaşlığın əsasını təşkil edir - Komitə sədri

Siyasət Materials 8 Dekabr 2023 18:01 (UTC +04:00)
Prezident İlham Əliyev və Vladimir Putinin dost münasibətləri strateji tərəfdaşlığın əsasını təşkil edir - Komitə sədri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev və Prezident Vladimir Putinin etibarlı və dost münasibətləri Azərbaycan və Rusiyanın müttəfiq və strateji tərəfdaş münasibətlərinin əsası, çoxillik əməkdaşlığın dayağıdır.

Trend cümə günü xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 20-ci iclasında deyib.

"Qarşılıqlı səfərlərin sayının artması, beynəlxalq arenada ikitərəfli dəstək, birgə keçirilən tədbirlər bunun növbəti sübutudur. Sevindirici haldır ki, komissiyanın 20-ci yubiley iclası Ulu Öndər Heydər Əliyevin 100 illiyinə təsadüf edir. Fürsətdən istifadə edərək bir daha rusiyalı həmkarlarımızı Rusiyada Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yüksək səviyyəli tədbirlərə görə minnətdarlığımı bildirirəm", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti