Bakı. Trend:
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir.
Trend-in məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
"Daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur.
Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir.
V.Oskanyan da ATƏT-in sabiq Minsk Qrupu, Tomas de Vaal kimi artıq keçmişdir", - bəyanatda deyilir.