Bakı. Trend:
Türkiyə və Azərbaycan arasında sarsılmaz bağlar var.
Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə Azərbaycanın haqlı davasında yanında duraraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
"Bundan sonrakı dövr sülhlə regionda sabitliyin başlanğıcı olmalıdır. Türkiyə olaraq regionda davaya, qarşıdurmaya gərək qalmadığını düşünürük. Bundan sonrakı yol sülhlə davam etdirilməlidir. Azərbaycan və Ermənistan arasında normallaşma olduğu zaman Türkiyə ilə də Ermənistan arasında normallaşma olacaq.
Biz Azərbaycanla Ermənistan arasında normallaşma yönündə müzakirələri dəstəkləyirik və bu sahədə üzərimizə düşən hansı vəzifələr varsa, yerinə yetirməyə hazırıq. Bəzi ölkələrin yanlış yanaşmalarına qarşı da mövqeyimizi ortaya qoyuruq",- deyə nazir əlavə edib.