Bakı. Trend:
Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilmiş altı nəfərin səlahiyyətli nümayəndələrini qeydə alıb.
Trend-in məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.
Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayin səlahiyyətli nümayəndələrini qeydə alıb.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.