...

Kommersiya mübahisələri yeni qaydada həll ediləcək

Siyasət Materials 26 Dekabr 2023 12:03 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mediasiyanın tətbiqi dairəsi dəyişir.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mediasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılır.

Qeyd edilib ki, dəyişikliklər kommersiya mübahisələrinin Milli Məclisə təqdim edilmiş “Arbitraj haqqında” qanun layihəsində əks olunan mübahisələrin alternativ həll vasitələrindən hesab olunan arbitraj institutu vasitəsilə həll mexanizminin inkişaf etdirilməsi və genişləndirilməsindən irəli gəlir.

Layihədə məhkəmədən əvvəl kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak tələbinin aradan qaldırılması təklif olunur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti