...

Fransa iki azərbaycanlı diplomatı "persona-non-grata" elan edib

Siyasət Materials 27 Dekabr 2023 21:26 (UTC +04:00)
Fransa iki azərbaycanlı diplomatı "persona-non-grata" elan edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa iki azərbaycanlı diplomatı "persona-non-grata" elan edib.

Trend-in məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildiriblər.

"Fransa Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşının "persona-non-grata" elan edilməsi ilə bağlı Azərbaycanın qəbul etdiyi qərarı diqqətə çatdırıb. Azərbaycanın öz qərarını əsaslandırmaq üçün irəli sürdüyü ittihamları qətiyyətlə təkzib edirik", - deyə nazirlikdən bildirilib.

Fransa Xarici İşlər Nazirliyinin qərarının qarşılıqlı tədbir kimi qəbul edildiyi vurğulanıb.

Bildirilib ki, bu barədə məlumat vermək üçün Azərbaycanın Fransadakı səfiri bu gün Orse sahilinə çağırılıb

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib

Xatırladaq ki, bundan əvvəl Fransa agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması ilə bağlı məlumatlar yayılıb. Azərbaycanda ifşa olunan şəbəkə Ukrayna, Moldova, Gürcüstan və Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində də müxtəlif əməliyyatlar həyata keçirib.

Agentura şəbəkəsi Fransa səfirliyində fəaliyyət göstərirdi. Onlar bir sıra ölkələrin nümayəndələrinin iştirakı ilə kəşfiyyat aparıblar. Şəbəkə regionda yeni hədəflər formalaşdırmaqla öz təsir dairəsini genişləndirməyə çalışıb.

Şəbəkənin bir çox üzvləri əvvəllər Azərbaycanda xidmət etmiş və ya hazırda xidmətdədir, bəziləri isə müxtəlif ölkələrdə və mötəbər beynəlxalq təşkilatlarda çalışırlar.

Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti nəticəsində uzun illər Fransanın casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşı könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. Mənbə bir çox mühüm məlumatları paylaşıb, Fransa agentlərinin fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim edib.

Cinayət işi çərçivəsində Azərbaycan xüsusi xidmət orqanları Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirən bir sıra şəxsləri həbs edib, bəzi şəxslər barəsində araşdırmalar davam etdirilir.

Yaxın vaxtlarda bununla bağlı geniş məlumatın veriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti