Bakı. Trend:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib.
Trend xəbər verir ki, mətbuat konfransında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.
Konfransda Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli media nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici jurnalistlər iştirak edib.