...

İranla gərginliyi yumşaltmaq mümkün olub - Ceyhun Bayramov

Siyasət Materials 28 Dekabr 2023 15:16 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qonşu dövlətlərlə münasibətlər xarici siyasətdə prioritet yer tutur.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“İl ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə 6 səfəri həyata keçirilib”,- deyə nazir bildirib.

Onun sözlərinə görə, 27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu nəticəsində səfirliyimizin heyəti təxliyə olunub.

"Bununla yanaşı, iki ölkə arasında sözügedən mövzuda yüksək səviyyəli təmaslar baş verib. Təmaslar nəticəsində gərginliyi yumşaltmaq mümkün olub", - deyə o, əlavə edib.

Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti