Bakı. Trend:
Seçkilərdə yüksək aktivlik və şəffaflıq müşahidə etdik.
Trend xəbər verir ki, bunu Mərakeş parlamentinin nümayəndəsi Tami Ovazzani Tuhami Azərbaycanda keçirilən növnədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
Trend xəbər verir ki, bunu Mərakeş parlamentinin nümayəndəsi deyib.
“Seçicilərin yüksək aktivliyinin şahidi olduq. Seçkilərdə, xüsusilə bir məsələni qeyd etmək istıyirəm, bu seçki ilk dəfə bütün Azərbaycan ərazisində, azad olnumuş ərzilərdə də keçirilirdi. 13 məntəqədə olduq. Yüksək aktivlik və şəffaflıq müşahidə etdik. Hər şey yüksək səviyyədə təşkil edilmişdi. Bütün seçicilər iradə azadlığı ilə səs verirdi”, - deyə o bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.