...

Ermənistanın növbəti təxribatı - Kimlər sülhü pozmaq istəyir? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 14 Fevral 2024 20:19 (UTC +04:00)
Ermənistanın növbəti təxribatı - Kimlər sülhü pozmaq istəyir? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş və sərhədçimizin snayperlə vurulması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Azərbaycan dəfələrlə bəyan edib ki, bizimlə güc dili ilə danışmaq olmaz.

“Bu təxribat Ermənistan tərəfindən məqsədli şəkildə törədilib. Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan mediasına müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Ermənistan bu sabitliyi növbəti dəfə pozdu. Baxmayaraq ki, Ermənistan guya sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir, lakin belə təxribatlara əl atırlar”, - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti