...

Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yayınlayıb

Siyasət Materials 16 Fevral 2024 12:12 (UTC +04:00)

Bakı. Trend:

Türk Mədəniyyəti və İrsi Fondu Fransanın Evian-le Bən şəhərində “Azərbaycan bağı”na və Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş yolverilməz davranışı sərt tənqid edərək bəyanat yayınlayıb.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bəyantda deyilir :

“Türk Mədəniyyəti və İrsi Fondu Fransada Azərbaycanın tanınmış şairəsi Xurşudbanu Natəvanın heykəlinə qarşı törədilmiş qeyri-etik hərəkəti şiddətlə qınayır, bunu qədim və zəngin ümumtürk mədəni irsinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirir. Türk Mədəniyyəti və İrsi Fondu bu kimi hərəkətlərin qarşısının alınması və dünyadakı Türk mədəni irs nümunələrinin qorunub saxlanmasına diqqətlə yanaşmağı tələb edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti