...

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 28 Fevral 2024 17:53 (UTC +04:00)
BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Ümumdünya Ərzaq Proqramının adından ən səmimi təbriklərimi çatdırıram.

Həmçinin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi edəcək ölkə kimi seçilməsi ilə əlaqədar Sizi təbrik edirəm. Azərbaycan Respublikası üçün bu tarixi məqam qida təhlükəsizliyi, iqlim dəyişikliyi və sülh kimi məsələlərin qlobal siyasi gündəliyin ön sıralarına qoyulması baxımından fürsətdir.

Zati-aliləri, əminik ki, Sizin müdrik liderliyinizlə Azərbaycan Hökuməti münaqişədən əziyyət çəkən və digər həssas bölgələrdə iqlim dəyişikliyinin qida təhlükəsizliyinə təsiri kimi qlobal çağırışlarla mübarizəni davam etdirəcək.

BMT-nin Ümumdünya Ərzaq Proqramı qida təhlükəsizliyi və iqlim dəyişikliyi kimi prioritet məsələləri qlobal gündəliyin əsas mövzusu kimi saxlamaq üçün birgə çalışmağa hazırdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin".

Xəbər lenti

Xəbər lenti