...

Prezident İlham Əliyev iki agentliyin nizamnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb

Siyasət Materials 13 Mart 2024 16:32 (UTC +04:00)
Prezident İlham Əliyev iki agentliyin nizamnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə və “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”nin 5.4-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur”.

“Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 5.4-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur”.

Xəbər lenti

Xəbər lenti