...

Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib

Siyasət Materials 20 Mart 2024 12:04 (UTC +04:00)
Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilə məlumata görə, 20 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 21 mart tarixində Brüssel şəhərində keçiriləcək Nüvə Enerjisi Sammitində iştirakı və çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti