...

Fransa səfiri ölkəsinin beynəlxalq normaları pozduğunu ETİRAF ETDİ

Siyasət Materials 4 Aprel 2024 15:07 (UTC +04:00)
Fransa səfiri ölkəsinin beynəlxalq normaları pozduğunu ETİRAF ETDİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa KTMT üzvü olan Ermənistana texnika tədarük etməklə qadağanı pozan ilk NATO ölkəsidir.

Trend xəbər verir ki, bu barədə Fransanın İrəvandakı səfiri Olivye Dekotti deyib.

O qeyd edib ki, əməkdaşlıq Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və hərbi məsləhətçilərinin həm Ermənistanda, həm də Fransada yenidən hazırlanmasına da aiddir.

"Müdafiə sahəsində biz Ermənistanı dəstəkləyirik ki, özünü müdafiə edə bilsin", - deyə o bildirib.

Qeyd etmək lazımdır ki, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa hər vəchlə regionda sabitliyin və sülhün bərpa olmasına maneə üçün çalışır.

Təsadüfi deyil ki, Fransa və Ermənistan arasında müdafiə sahəsində müzakirələr son zamanlar intensiv hal alıb. Cari ilin fevral ayında Fransa müdafiə naziri Sebastyan Lekornun İrəvana səfərini misal göstərmək olar. Fransanın müdafiə naziri bu səfər zamanı ölkəsinin Ermənistanı yaxın, orta və uzaq mənzilli raketlərlə təmin etməyə hazır olduğunu bildirib. Hətta iki ölkə arasında hərbi əməkdaşlıq barəsində sənədlər paketi imzalanıb.

Onun Azərbaycana qarşı yürütdüyü siyasətin nə dərəcə saxta olması həm ATƏT-in Minsk Qrupu həmsədrliyi dövründə, həm də 44 günlük Vətən müharibəsində bəlli oldu.

Lakin Fransa başa düşməlidir ki, işğalçı dövlət Ermənistanı "sülhsevər" kimi təqdim edib, ona dəstək olmağın heç kəsə faydası olmayacaq. Nə imici zədələnmiş Fransaya, nə də öz məqsədləri üçün istifadə etdiyi Ermənistana...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti