Bakı. Trend:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, verilişin qonağı Azərbaycanın Xalq artisti, Xankəndidə dünyaya göz açmış Fəxrəddin Manafov olub.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışan F.Manafov qeyd edib ki, erməni ziyalıları Cənubi Qafqazda sülhün nə üçün lazım olduğunu öz siyasətçilərinə izah etməlidir.
"Erməni ziyalıları siyasətçilərə izah etməlidir ki, sülh qurmaq, yaratmaq, ərsəyə gətirmək üçün lazımdır. Onlar Azərbaycan tərəfindən aqressiya gözləməməlidir. Bizdə aqressiya yoxdur. Ağacları və evləri yandırmaqdan, uşaqları öldürməkdənsə ağac əkmək, övlad dünyaya gətirmək və tərbiyələndirmək yaxşıdır", - deyə Xalq artisti bildirib.
Trend verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:
(Tərcümə: Rəna Əbdürəhmanova)