...

Aprel görüşünün gizlinləri: ABŞ Ermənistanı niyə silahlandırır? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 17 Aprel 2024 20:20 (UTC +04:00)
Aprel görüşünün gizlinləri: ABŞ Ermənistanı niyə silahlandırır? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək. Bu gün regionda Ermənistanla Azərbaycan arasında həssas sülh prosesinin getdiyi bir dönəmdə ABŞ-nin birtərəfli qaydada Ermənistana hərbi dəstəyi müxtəlif suallar doğurur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, son vaxtlar kənar dövlətlərin, xüsusilə ABŞ-nin, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaza müdaxiləsini, Ermənistanla münasaibətləri birtərəfli qaydada dərinləşdirilməsini müşahidə edirik və bu çox böyük təəssüf hissi doğurur.

“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla Azərbaycan arasında kövrək də olsa sülh işartıları var. Amma çox təsüflər olsun ki, özlərini super dövlətlər elan edən ABŞ və Avropa İttifaqının bəzi dövlətlər sülh prosesinə dəstək vermək əvəzinə, Ermənistan tərəfini birtərfli qaydada silahlandırmaqda davam edirlər”, - deyə deputat əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti