...

NATO Azərbaycan və Ermənistan arasında normallaşma səylərini dəstəkləyir

Siyasət Materials 22 Aprel 2024 11:49 (UTC +04:00)
NATO Azərbaycan və Ermənistan arasında normallaşma səylərini dəstəkləyir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci ildə Almatı bəyannaməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq.

Trend xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "X" sosial media hesabında qeyd edib.

"Hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsas prinsipdir. Baş katib Yens Stoltenberqin regiona səfərində ifadə etdiyi kimi NATO normallaşma səylərini güclü şəkildə dəstəkləyir", - deyə o bildirib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti