...

Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında dəqiq məlumat verməyib - Yaşar Əliyev

Siyasət Materials 23 May 2024 00:04 (UTC +04:00)
Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında dəqiq məlumat verməyib - Yaşar Əliyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında tam və dəqiq məlumatı paylaşmaqdan imtina edir.

Trend xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı deyib.

"Ermənistanla müharibənin fəsadları dinc əhaliyə təsir etməkdə davam edir. Münaqişə həm də Azərbaycanı dünyada mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevirdi, təxminən 1,5 milyon mina və naməlum sayda partlamış sursatlar bölgədə mülki əhali üçün ciddi risklər yaradır", - deyə Yaşar Əliyev bildirib.

Onun sözlərinə görə, son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3439 nəfərə çatıb.

Diplomat qeyd edib ki, münaqişədən sonrakı dövürdə mina qurbanlarının sayı 360-a çatıb, onlardan 68-i həyatını itirib, 292-si isə ağır yaralanıb.

Xəbər lenti

Xəbər lenti