...

Fransanın nüvə sınağının əziyyətini yerli xalq çəkir - Heinui Le Kaill

Siyasət Materials 30 May 2024 16:33 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın nüvə sınağının əziyyətini yerli xalq çəkir. Bu sınaqlar bizim ərazilərimizdə ətraf-mühitə ciddi təsir göstərib və ətraf mühitin qorunması üçün ciddi işlər aparılmalıdır.

Trend-in məlumatına görə, bunu bu gün Fransız Polineziyası Assambleyasının Təhsil, Gənclər və İdman Komissiyasının sədri Heinui Le Kaill Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfransda deyib.

O qeyd edib ki, nüvə sınaqları səbəbilə xəstələrin sayı artıb.

“Nüvə sınağı aparan Fransadan biz öhdəliklərinə cavab verməyi tələb etmişik. Onlar nüvə sınağını hərbi güclə bizə tətbiq ediblər, biz bunu könüllü qəbul etməmişik”, - deyə o əlavə edib.

O vurğulayıb ki, 1985-ci ildən bəri şüadan əziyyət çəkən insanların sağalması üçün 910 milyon avro vəsait xərclənib, ancaq onların 51 faizi həyatını itirib.

“Burada Fransanın bizə heç bir dəstəyi yoxdur. 1966-cı ildə birinci dəfə nüvə atışı edərkən həmin ərazidə 100 min adam var idi, Fransa öz əhalisini qorumaq üçün nüvə sınağını bizim ərazilərimizdə həyata keçirmişdi və biz bir növ qurban verilmişdik”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti