...

Sülh müqaviləsi imzalanana qədər Azərbaycanla kommunikasiyaların açılması mümkündür - Paşinyan

Siyasət Materials 12 İyun 2024 15:31 (UTC +04:00)
Sülh müqaviləsi imzalanana qədər Azərbaycanla kommunikasiyaların açılması mümkündür - Paşinyan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sülh müqaviləsi imzalanana, eləcə də sərhədlərin delimitasiyasına qədər Azərbaycanla kommunikasiyaların açılması tamamilə mümkündür.

Trend xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə deyib.

"Praktiki addımlarla real dünya formalaşdırmaq və daha sonra müqavilə imzalamaq tamamilə mümkündür. Lakin istənilən halda sülh müqaviləsi imzalanmalıdır", - o deyib.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti